Sağlamlıq

Tanınmış həkim Aynurə Hidayətqızının doğum günüdür

Bu gün tanınmış həkim Aynurə Hidayətqızının doğum günüdür. Cəmiyyətdə hər zaman sayılıb – seçilən peşələrdən olan həkim peşəsi bütün insanlıq üçün diqqətdə olan, təqdir olunan, rəğbətlə qarşılanandır.

Aynurə xanım da bu peşənin sahibi olmaqla vətəndaşlarımızın sağlamlığı üçün hər zaman əlindən gələni etməklə yanaşı, həm də humanist və xeyirxah insan kimi daima insanların hörmətini qazanıb.

Belə insanlar həmişə xalq üçün lazımlı insanlar sırasında olublar. Bu çətin peşəni ləyaqətlə yaşadan, tibb sahəsində özünəməxsus hörmətə sahib olan Aynurə Hidayətqızını kollektivimiz adından səmimi qəlbdən təbrik edir, ona həyatda və işlərində uğurlar arzu edirik.

Aynurə Hidayətqızı 6 sentyabr 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Xətai rayonunda 191 saylı orta məktəb və 287 saylı “Gələcək Zəkalar” liseyində orta təhsil alıb.

1998-2004 cü illərdə ali təhsilə Azərbaycan Dövlət Tibb Universitetinində yiyələnib.

2004-2005-ci illərdə M.Ə.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində İnternatura,2006-cı ildə İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetində, 2008-ci ildə isə Türkiyənin İstanbul Universitetində kurs keçmişdir.

2006-2009-cu illərdən müxtəlif Tibb Mərkəzlərində çalışıb.Çalışdığı tibb müəssisələrində şöbə müdiri,baş həkimin müavini vəzifələrinə qədər yüksəlib.

2013-cü ildə Türkiyyədən dəvət olunmuş professor və həkim heyyəti ilə bərabər konsiliumun fəal iştirakçısı olub.

2015-ci ildə Təkminləşdirmə kursu keçərərk
Professor Eldar Abbasov və Professor Cümşüd Cümşüdovdan fərdi dərslər almış,eyni zamanda Professor C.Cümşüdovla bərabər bir çox patalogiyalı ağır əməliyyatlarda da iştrak edib.

Rus,ingilis,fransız, Ərəb dillərində sərbəst danışır. Evlidir,iki oğul anasıdır.

Analoq.az

Daha çox
Back to top button
Close