Maraqlı

ABŞ-da həkimlər bir insana donuz ürəyini köçürüblər

“The New York Times” yazır ki, ABŞ-da həkimlər 57 yaşlı David Bennettə geni dəyişdirilmiş donuz ürəyini köçürüblər. Transplantasiya əməliyyatı 8 saat davam edib.

Ürək cərrahı Bartli Qriffitin sözlərinə görə, xəstə bütün müalicə üsullarını sınadığı və heç bir nəticə vermədiyi üçün bu təcrübəyə əl atıb. Yeni ürək olmasaydı, Bennett onsuz da öləcəkdi.
Hal-hazırda xəstə həkimlərin ciddi nəzarəti altındadır. Kritik sayılan ilk 48 saat insidentsiz keçib.

Tədqiqatçılar ümid edirlər ki, bu cür prosedurlar tibbdə yeni dövr açacaq və daha orqan çatışmazlığı olmayacaq.

Ülkər Tahirqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button