Ölkə

Nizami rayonunda sakinlərin gecə vaxtı küçələrə töküldülməsinə səbəb nədir?-VİDEO

Bu mənzərəyə baxanda bir zamanlar ekranlarda ən çox nümayiş etdirilən “Mənim ağ şəhərim” filmi yada düşür. Bu cür ekologiyanı korlayan müəssisələrin ətrafında yaşayan insanların necə həyatla mübarizə aparmasından bəhs edirdi o film. Amma indi gördükləriniz filmdən fraqment deyil-həyatın özüdür.

Nizami rayonu, Mikayıl Əliyev /2 ünvanında yaşayan sakinlər iyirmi ilə yaxındır ki, bu zülmə qatlaşırlar. Evlərdə dəzgahların
səsindən oturmaq mümkün deyil. Hər yeri toz-duman bürüyüb. Zavoda yaxın ərazidə olan bütün evlərin divarına çat düşüb. Sakinlər qeyd edir ki, əraziyə dəfələrlə polis çağırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən baxış keçirmək üçün nümayəndələr gəlsə də heç nə dəyişməyib:aztimes.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button