Manşet

Havaya görə elektrik qatarlarının hərəkətində gecikmə qeydə alınmayıb – Rəsmi

Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə qatarın sürətini azalda bilər

Bakıda və Abşeron yarımadasında müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar təlimata uyğun olaraq, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün maşinist küləyin sürətinin yüksək olduğu ərazilərdə (dəniz kənarında, açıq sahələrdə) qatarın sürətini azalda bilər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.

Belə şəraitdə qatarların hərəkətində gecikmələrin yaranması ehtimalı var. Məlumat üçün bildirək ki, hazırda qatarlar qrafikə uyğun hərəkət edir, hələ ki, gecikmə qeydə alınmayıb.

Qeyd edək ki, dünən axşam saatlarından yağmağa başlayan qarın yanvarın 15-ə qədər davam edəcəyi gözlənilir. Havanın minimal temperaturunun yanvarın 14-dən 15-nə keçən gecə 0°-yə yaxın, nisbətən yüksək ərazilərdə 2°-dək şaxta olacağı, yolların buz bağlayacağı bildirilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button