Ölkə

Rza Talıbovun adına açılan saxta profillə Ramiz Mehdiyevə şok “dəstək” – Foto

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun oğlu, Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun adından Feysbukda AMEA prezidenti Ramiz Mehdiyevə dəstək xarakterli paylaşım edilib.Beynelxalq.İnfo xəbər verir ki, Rza Talıbovun adına olan profildə bu sözlər yazılıb:

“Ölkəmizin qurucusu ulu öndərimizin davamçısı cənab prezident İlham Əliyevə yarınmaq üçün süfrəmizin artıgıyla böyüyənlər boşluqdan istifadə edib vəzifəyə gəliblər. Gələn kimi akademik R.Mehdiyev kimi layiqli şəxsiyyətləri ləkələməyə çalışırlar.

Başınız üçün deyil, ağıllı olun, kimliyindən aslı olmayaraq, hamınız cəzalanacaqsınız.

Bu sifarişli yazını yazdıranları da bilirik kimdirlər, etdiyiniz cinayəti cəzasız qoymayacağıq, qazdıgınız quyuya özünüzü salacağıq, bir az qazın dərin olsun, görəcəksiz”.

Qısa araşdırma zamanı bəlli oldu ki, girişinin Londondan olduğu xüsusi qeyd edilən bu profil saxtadır və Rza Talıbovun adına 9 saat öncə açılıb. Profildə cəmi 3 paylaşım var – ilk paylaşımdaca Ramiz Mehdiyevin “Heydər Əliyev” ordeni alması mərasimindən fotosu paylaşılıb və dərhal da akademikin müdafiəsinə giriş edilib.

Bu qeyri-peşəkar “troll” bununla sosial şəbəkə istifadəçilərini aldatmağa cəhd edib.

Görünür, bəziləri bu yolla əks-təbliğata başlamaq qərarı verib və yaxınlarda bu cür manipulyasiyaların daha da artacağı istisna deyil.

Analoq.az

Daha çox
Back to top button
Close