Region

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri T.Rüstəmli, İ.Əhmədzadə, H.Tağıyev, A.Bəhlulzadə və F.Bağırov qrup şəklində ümumilikdə 5 ədəd “VAZ 2107” markalı avtomobildən ibarət karvanla yollarda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq intizamsızlıq, avtoxuliqanlıq edib və bu hərəkətləri video görüntüyə alıb müxtəlif sosial şəbəkələrdə yerləşdiriblər.

Saxlanılan şəxslər barəsində Şəmkir RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button