Gündəm

Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər -AÇIQLAMA

Son dövrlər gediş haqqının qaldırılacağı ilə bağlı iddialarla yanaşı kommunal xidmətlərin artırılması da müzakirə edilir. Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilərmi?Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu barədə konkret bir söz demək çox çətindir:

“Ümumilikdə baş verən proseslərə diqqət etmək daha doğru olar. Burada gediş haqqının artırılması ilə bağlı iddialar daha çox Bakı Nəqliyyat Nazirliyi tərəfindən taksi fəaliyyəti ilə bağlı yeni konsepsiya irəli sürdükdən sonra ortaya çıxmağa başladı və tarifin mövcud qiymətlərlə müqayisədə yüksək olması göstərildi. Beləliklə, bu fonda kütləvi şəkildə sərnişin daşımasına tələbin artması əsas gətirilərək gediş haqqının artırılması barədə fikirlər ortaya çıxdı. Doğrusu, gediş haqqının qaldırılması mümkündür. Əgər qeyd edilən ssenari üzrə proseslər inkişaf etdirilərsə, qiymətlərin artırılması ola bilər, amma bugünki şərtlər çərçivəsində hökumət bu məsələyə daha ehtiyatla yanaşacaq, çünki sosial vəziyyət yaxşı deyil, insanlarımızın əksəriyyətinin pandemiya dövründə alıcılıq qabiliyyəti aşağı düşüb. Belə şərtlər daxilində xüsusilə də gediş haqqının qaldırılması istiqamətində hər hansı qərar qəbul etməyəcək. Mən elə düşünürəm. Ən azından məntiq bunu göstərir”.

Rəşad Həsənov qeyd edib ki, post-pandemiya dövründə qiymətlər artırıla bilər:

“Çünki əsas hədəflərdən biri kimi orta uzun müddətdə kommunal xidmətlərin ən azından təchizat və tədarük hissəsinin özəlləşdirilməsi istiqamətində mövqe var. Belə olan təqirdə təbii ki, bu xidmətlər üzrə fəaliyyət göstərən müəssisələrin maliyyə təsərrüfat fəaliyyətini sağlamlaşdırmaq lazımdır. Bugünki şərtlər daxilində bu qurumlar daha çox subsidiyalarla fəaliyyət göstərir. Subsidiyalar və zərərlə fəaliyyət göstərən müəssisələrin özəlləşdirilməsində investor maraqlı olmayacaq. Bu da öz-özlüyündə bu istiqamətdə qərarların qəbul edilməsinə və tariflərin artırılması yolu ilə bu müəssisələrinin fəaliyyətinin mənfiəətliyinin təmin edilməsinə və investor marağının artırılmasına gətirib çıxara bilər. Son dövrlər müzakirə olunan məsələlərdən biri su ilə bağlıdır. Ölkədə bilirsiniz ki, su qıtlığı yaranıb. Azərbaycan iqlim dəyişikliyi fonunda bu təhlükə ilə üz-üzə dayanıb. Son qəbul olunan qərarlarda, yəni strategiyada öz əksini tapan məqamlardan biri də ödənişli əsaslarla sudan istifadənin yeni qaydalarının işlənib hazırlanmasıdır. Ola bilsin ki, bu çərçivədə su təchizatı üzrə üzrə qiymətlərin artırılması qərarı qəbul edilsin”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button