Ölkə

Əli Həsənov otuz il bundan öncə fəaliyyətə başlayanda bu varidata sahib idimi?

Prezident İlham Əliyevin sabiq köməksi Əli Həsənov bir neçə gün öncə şəxsi “Facebook” səhifəsində uzun illər istismar etdiyi, işlərindən bəhrələndiyi, mal-mülk,kapital yığıdığı media sahəsini və jurnalistləri demək olar ki, təhqir edən status paylaşmışdı.

Analoq.az xəbər verir ki,mətbuat nümayəndələrini “naqis qələm əhli” adlandıran Həsənov indi də danılmaz faktları pərdəarxasıdan apardığı xəyanətkar addımlarını gizlətmək üçün özünü “prezidentə sadiq” şəxs kimi təqdim etməyə cəhd göstərir.

Daha bir məqam budur ki,bəlli xəstəliyi səbəbindən müalicə aldığını deyərək ölkədən qaçmadığını iddia edən Əli Həsənov əslində özü-özünü ifşa edir.

Fakt budur ki, media siyasəti altında on milyonlarla pul yığan ,klinikalar,gözəllik salonları,təhsil müəssisələri, restoranlar, və s açan Əli Həsənov otuz il bundan öncə fəaliyyətə başlayarkən bütün bu sadaladıqlarımıza malik idimi? Görünür Əli müəllimin bütün bu varidatını hansısa gözəgörünməz qüvvə vasitəsiylə əldə edibmiş…

Amma ən düşüncəsiz insan belə , anlayır ki, Həsənovun əldə etdiyi zənginlik halal yolla qazanılmayıb.Təəssüf ki,jurnalistlər indi də Əli Həsənovun gözündə düşmənə çeviriliblər!!!

Savalan Talıblı

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close