Siyasət

ABŞ dövlət departamenti: “Rusiya dərhal işğal olunmuş ərazilərdən çıxmalıdır”.

ABŞ Dövlət Departamenti Rusiyanı Krımdakı hərbi çağırış kampaniyalarına və “yarımadanın hərbiləşdirilməsinə” son qoymağa çağırıb.Amerika departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus açıqlamasında bildirib.

O,bildirib ki, Rusiya tərəfindən işğal olunan və Ukraynainaya məxsus Krım yarımadasının hərbiləşdirilməsi ümumi təhlükəsizliyimizi təhdid edir. Krım Ukraynadır. Rusiyanı dərhal hərbiyə çağırış kampaniyasına son qoymağa və yarımadaya tam nəzarəti Ukraynaya qaytarmağa çağırırıq.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Krımın Ukraynaya “mütləq qayıdacağını” söyləmişdi.

Rusiya lideri Vladimir Putin dəfələrlə məsələnin Rusiya üçün qapalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, yarımadada referendum beynəlxalq hüquqa tam uyğun şəkildə keçirilib.

Krım, əksər sakinlərinin Rusiyanın tərkibinə qayıtmaq haqqında referendumun lehinə səs verdiyindən sonran 2014-cü ilin Mart ayında Rusiyanın tərkibinə keçib.

Elman
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button