Manşet

ABŞ vətəndaşlarından Ukraynanı dərhal tərk etməyi tələb edib

ABŞ-ın Kiyevdəki səfirliyi öz vətəndaşlarını dərhal Ukraynanı tərk etməyə çağırıb.525.az “ABC News”a istinadən xəbər verir ki, ABŞ-ın Kiyevdəki səfirliyindən verilən yazılı açıqlamada Rusiyanın Ukrayna ərazisində raket hücumları təşkil etdiyi bildirilib. Rusiyanın Kiyev başda olmaqla bir çox şəhərdəki infrastruktur və ictimai binaya hücum etdiyi bildirilən açıqlamada hücumların mülki insanların həyatı üçün də təhlükə yaratdığına diqqət çəkilib.

Bəyanatda deyilir: “ABŞ vətəndaşları olduqları yerlərdə təhlükəsiz yerə sığınmalı və təhlükəsiz olduqda mövcud yerüstü nəqliyyat vasitələrindən istifadə edərək dərhal Ukraynanı tərk etməlidirlər”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button