Cəmiyyət

Tanınmış aktyor azadlıqdan məhrum oldu- 8 il müddətinə

Moskvanın mərkəzində ölümlə nəticələnən yol qəzasında günahkar olan aktyor Mixail Yefremov 8 il azadlıqdan məhrum edilib.Axşam.az xəbər verir ki, Presnenski məhkəməsində hakim qarşısına çıxan aktyor qəzada ölən Sergey Zaxarovun böyük oğluna 800 min rubl məbləğində təzminat da ödəyəcək.

Qeyd edək ki, M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. Paşayev məhkəmə prosesi müddətində aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa və şahidin olduğunu bildirsə də, məhkəmə vəkilin vəsatətini təmin etməyib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button