Sağlamlıq

“Raketlər yox, mikroblar öldürəcək”-BİL QEYTS

“Peyvənd yaxın zamanda koronavirus pandemiyasına son qoyacaq. Ancaq bundan sonra dünya olduqca ciddi şəkildə dəyişəcək”.

Cebhe.info xəbər verir ki, bunu amerikalı milyarder Bill Qeyts “The Gates Notes” bloqunda yazıb.

O bildirib ki, bundan sonra onlayn tədris, teletibb və məsafədən iş həyatın bir hissəsi olacaq. Bundan başqa dünya üzrə işgüzar səfərlər 50 faiz azalacaq. Ofislərdə keçirilən zamanda isə azalma 30 faiz olacaq. Onlayn görüşlər və onlayn tədbirlər normaya çevriləcək.

Həyatın bir sıra aspektləri virtual dünyaya daşınacaq, işə görə böyük şəhərlərdə yaşamaq məcburiyyəti də aradan qalxacaq.

Xatırladaq ki, milyarder hələ 2015-ci ildə “Əgər yaxın onillikdə hansısa səbəb 10 milyondan artıq insanı öldürəcəksə, bu, müharibə yox, yoluxucu virus olacaq”.- demişdi. “Raketlər yox, mikroblar öldürəcək”,- deyə o vurğulamışdı.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxma sayı 65 milyondan artıqdır. Ölüm isə 1,5 milyondur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button