Ölkə

“Tofiq Yaqublu öz ailəsinə qovuşacaq, danışıqlar gedir” – AÇIQLAMA

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun hüquq müdafiəçi üzvləri Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq elan etdikdən sonra səhhətində problemlərin yaranmasını nəzərə alaraq onun işinə yenidən ədalətli baxılması və həbsdən azad olunması məqsədilə hökumət nümayəndələri ilə danışıqları davam etdirirlər.Analoq.az “Report”a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Əvəz Həsənov məlumat verib.

“Hüquq müdafiəçiləri ümid edirlər ki, tez bir zamanda onun azad olunması üçün prosedur müəyyən olunacaq və Tofiq Yaqublu öz ailəsinə qovuşacaq”, – o əlavə edib.

Qeyd edək ki, T.Yaqublu artıq 8 gündür aclıq etdiyini açıqlayıb.

Xatırladaq ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib

Analoq.az

Daha çox
Back to top button
Close