Sağlamlıq

Nigar Camal Sabunçu xəstəxanasını belə lağa qoydu

“Eurovision 2011” qalibi Nigar Camalın Sabunçu 3 saylı Şəhər Klinik Xəstəxanası ilə bağlı etdiyi paylaşım müzakirələrə səbəb olub.

Sənətçi xəstəxanada çalışan həkimlərin iş fəaliyyətini lağa qoyub. O, əlinin əvəzinə ayağı tikilmiş bir qızın görüntüsünün yer aldığı fotonu paylaşıb. Fotoda “Sabunçu xəstəxanasının reklamı. Buyurun, gəlin! Ən yaxşı cərrahlar bizim klinikadadır” yazısı yer alıb.

Sosial şəbəkə istifadəçiləri isə müğənninin haqlı olduğunu yazıb. Onlar sözügedən xəstəxanada çalışan həkimlərdən şikayət edib.

Qeyd edək ki, adıçəkilən xəstəxana ilə bağlı sosial mediada zaman-zaman tənqidi fikirlər yer alır.

Analoq.az

Daha çox
Back to top button
Close