Dünya

PKK-dan Ermənistana terrorçu dəstəyi

PKK işğal altında olan Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında yaşanan qarşıdurmada erməni tərəfinin yanında olduğunu bir daha sübuta yetirib.Sfera.az Türkiyə mediasına istinadla xəbər verir ki, Dəməşqin göstərişi ilə Ermənistan sıralarında döyüşməyə gedən 400 nəfərlik terror qrupu bomba və əməliyyatlar sahəsində təlim keçmiş silahlılar arasından seçilib.

İşğal altında olan Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında toqquşmalar davam edir. Münaqişənin ilk günlərində PKK terror təşkilatı erməni dostlarına dəstək məqsədi ilə bölgəyə 400 silahlı yollayıb. Dəməşqdən və Qamışlıdan gələn qoşunlar Ağrıdan Ermənistana keçib. Qarabağda müharibə daha da şiddətlənəndə isə Sevan gölü bölgəsindən Vardenes düşərgəsinə keçən 400 nəfərlik terror qrupu daha qaynar bölgələrə göndərilib.

BESE HOZATIN ŞİFRƏLƏNMİŞ ADI

Kürdüstan İcmalar Birliyinin İcra Şurasının (KCK) həmsədri Bese Hozat, Şam (Dəməşq) və İrəvan arasında danışıqlar aparır. Tuncəlidə anadan olan Hozat, PKK-nın Ermənistana silahlılar göndərmə planını da idarə edir.

SURİYADAN 150 ERMƏNİ GƏLİB

Azərbaycanla mübarizə aparmaq üçün Ermənistana keçən silahlılar arasında PKK-nın Suriyadakı qolu PYD-nin sıralarında İŞİD və müxalifətə qarşı döyüşən 150 erməni əsilli silahlı da var. Hələb və Hasakah bölgələrində yaşayan PYD üzvü olan ermənilər təşkilatla birgə Hələb-Şeyx Maksut, Kobani, Tel Abyat və Azez bölgələrində İŞİD və müxaliflərə qarşı mübarizə aparır.


3 ŞƏHƏRƏ YERLƏŞDİRİLİBLƏR

Ağrıddan Ermənistana keçən terrorçular, Dağlıq Qarabağ bölgəsindəki üç fərqli şəhərə göndərilib. Laçın, Şuşa və Kəlbəcər şəhərlərinə yerləşdirilən terrorçular şiddətli toqquşmaların davam etdiyi Ağdam, Cəbrayl, Zəngilan və Füzuli cəbhələrində Azərbaycana qarşı döyüşür.

TƏCRÜBƏLİ HƏRBÇİLƏR SEÇİLİB

Dediyimiz kimi, Dəməşqin göstərişi ilə Ermənistan sıralarında döyüşməyə yollanan terrorçular bomba və əməliyyatlar sahəsində təlim keçmiş silahlılar arasından seçilib. Ermənistana silahsız keçən 400 nəfərdən ibarət qrup, daha əvvəl Ermənistana keçən 80 nəfərlik terrorçular qrupu ilə Vardenes düşərgəsində görüşüb.

3 ERMƏNİ ƏSİLLİ TERRORÇU BƏLƏDÇİLİK EDİB

PKK terror təşkilatında erməni əsilli silahlılara mənsub Ağrı Qartalları adlı qrupun Livan Karadağ, Hemaran Kervaçiyan və Servet Bagopşin adlı 3 terrorçu üzvü Ağrıdan Ermənistana keçən qrupa bələdçilik edib.

“DƏSTƏK OLUN” TƏLİMATI

PKK-nın təşkilat daxilində yayımlanan təlimatında Kobani və Tel Abyat müharibəsi zamanı 120-dən çox erməni könüllüsünün PKK PYD-nin Suriyadakı qolunu dəstəklədiyi, ermənilərin tarix boyu kürd mücahidlərinin yanında olduğu vurğulanaraq, “Bu çətin günlərdə erməni qardaşlarımızı dəstəkləməliyik” müraciəti yer alıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button