Ədəbiyyat

Bənzəyər bir garatel dilbərə,Təbrizlə-Bakı

Yaraşir mədəni simüzərə Təbrizlə-Bakı ,
Bənzəyər bir garatel dilbərə,Təbrizlə-Bakı.

İki cism içrə yaranmiş bir ürək ,bir vəhdət ,
Toplayiib vəhdəti bir peykərə Təbrizlə -Bakı.

O da türk oğlu, bu da türkə məsəl türk oğlu,
Bir alov məskənidir dillərı Təbrizlə-Bakı.

Bakida eşqü səfa vardır, vəfa Təbrizdə ,
Yaradiblar nə gözəl mənzərə Təbrizlə-Bakı.

Eyni bir xəlqidi, amma Arazı gan qussun ,
Yazilib tarixə, bir dəftərə, Təbrizlə-Bakı.

Bir şərəf güzgüsüdür hər ikisi dunyadə,
Görsədir eşqin özun cövhərə, Təbrizlə- Bakı.

Ora mədən, bura can, hər ikisi kulli-cahan,
Gətirib aləmi bir bavərə, Təbrizlə-Bakı.

Dili bir, dilbəri bir,həm dini, peyğəmbəri bir ,
Gedəcəklər üzu ağ,məhşərə, Təbrizlə-Bakı.

İki gardaş elə bil bir əkiz oğlan yaranıb,
Əhsən,əhsən yaradan davərə Təbrizlə-Bakı.

Bir Azərbaycanimiz var yayilib dunyadə,
Qanad açmşlar böyuk kişvərə, Təbrizlə -Bakı.

Sevməli bir dili var Azəribaycanımızın,
O da türkün dilidir Azərə, Təbrizlə-Bakı.

Şəhriyarın canıdir, Bəxtiyarindir şərəfi,
Çixardıb Sabirini minbərə, Təbrizlə-Bakı.

Vardır Səttarxanımız, Rəsulzadənin nəfəsi,
Bir alovdan göz açıb, pəncərə, Təbrizlə-Bakı.

Burda Ərk ayinədir , orda gözəl Qız üalası,
Bənzəyirlər nə gözəl gövhərə Təbrizlə-Bakı.

Seyidin ehsasi yox kimsədə Səyid Sani ,
Yəni irfan yol açıb hər yerə Təbrizlə-Bakı.

Seyid Mahmud Sani İbadi

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button