Siyasət

Ərdoğan yəhudi həkimdən məsləhət aldı?

“Yüksək səviyyəli mənbə İsrail prezidentinin Türkiyəyə səfər etməyi düşündüyünü təsdiqləyib, ancaq…” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda israilli həkimdən tibbi məsləhət alıb.Analoq.az xəbər verir ki,  bu barədə  İsrailin “Ynetnews” nəşri məlumat yayıb.Söhbət Təl-Əvivdəki “Suraski” Tibb Mərkəzinin baş direktorunun müavini və tibbi turizm kuratoru professor İzhak Şapiradan gedir. O, dünya liderlərinə tibbi məsələlər və müalicə ilə bağlı məsləhətlər verir. Şapira ixtisaslı kardioloqdur. Bu isə Türkiyə liderinin ürəyində problem olduğunu göstərə bilər. Lakin bu ehtimalı təsdiqləyən rəsmi məlumat yoxdur. “Suraski” Tibb Mərkəzi və Şapira məsələ ilə bağlı mediaya şərh verməkdən imtina edib.Ərdoğanın səhhəti ilə bağlı fərziyyələr ötən ilin sonlarında internetdə onun bir  məmura doğru ehtiyatla addımladığı videoların yayılmasından sonra – son aylarda ortaya çıxıb. Dövlət başçısının səhhəti ilə bağlı yayılan söz-söhbətləri aradan qaldırmağa çalışan Ərdoğanın mətbuat  xidməti onun basketbol oynadığı videonu paylaşıb. Gələn ay 68 yaşı tamam olacaq Ərdoğan 2011-ci ildə laparoskopik mədə-bağırsaq əməliyyatı keçirib. Lakin onun başqa heç bir xəstəlikdən əziyyət çəkmədiyi bildirilir.

Bu arada Türkiyə prezidenti bazar ertəsi bildirib ki, israilli həmkarı İsaak Hersoq yaxın vaxtlarda Türkiyəyə rəsmi dövlət səfərinə gələ bilər. Jurnalistlərə açıqlama verən Ərdoğan qazla zəngin Aralıq dənizinin sahilində yerləşdikləri üçün iki ölkənin enerji sazişi imzalaması ideyasını gündəmə gətirib. Yüksək səviyyəli mənbə Hersoqun Türkiyəyə səfər etməyi düşündüyünü təsdiqləsə də, hələlik məsələ ilə bağlı yekun qərarın verilmədiyini bildirib/moderator

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button