Ölkə

Heydər Əliyevin axtardığı həmin o qızcığaz-AYNURƏ HİDAYƏTQIZI

Tanınmış həkim Aynurə Hidayətqızı Analoq.az-a ümummilli liderimiz Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb.

O, bildirib ki,1999-cu ildə Heydər Əliyev sarayında fevralın 2-i Gənclər günü ilə əlaqdar tədbir var idi: “Orada bütün sahələri təmsil edən istedadlı gənclər iştirak edirdi. Ümummilli liderimiz Heydər Əliyev də orada iştirak edirdi. Bu gün o tarixi günü yadıma salanda böyük fəxr və qürur hissi keçirirəm ki, mən Heydər Əliyevin qarşısında çıxış eləmişəm.

Tədbirdə çıxış edən gənclərin içində ən balaca boyu mən idim. Uşaqlar o qədər hündür idilər ki, mən görünmürdüm. Ona görə də, qarşıya keçib ümummilli lideri görməyə can atırdım.

Televiziya vasitəsilə daim bütün çıxışlarına, səlis nitqinə qulaq asıb hər çıxışından dərs götürürdüm.

Gözləmədiyim anda tədbirdən sonra Heydər Əliyev səhnə arxasına gəlib biz gənclərlə görüşdü. “O balaca qızcığaz hanı, onu heç görmürəm” dedi. Bu an ara açıldı və mən qarşıya keçərək, həyəcanla, titrək səslə Hörmətli Prezident mən burdayam dedim. Mənə baxıb əlini çiynimə qoydu, təbəssümlə mənə dedi ki, sən bilirsənmi, gələcəyin parlaq kadrı, tanınmış həkimi olacaqsan.

O unudulmaz günün üstündən illər keçib. O sözlər mənim həkimlik peşəmə yiyələnməyimdə daha da məsuliyyət yaratdı. Bu gün bir həkim kimi vətəndaşlarımızın sağlamlığının keşiyində şərəflə dururam, hər bir xəstəyə yaxınlaşanda mən ümummilli liderimizin dediyi sözləri xatırlayıb işimin, seçdiyim peşənin məsuliyyətini dərk edirəm”.

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close