Cəmiyyət

Ölkədə ictimai nəqliyyatın qiyməti bahalaşır? – AÇIQLAMA

Son günlər ölkədə taksi xidmətlərinin vahid tariflərə keçirilməsi məsələsi müzakirə edilir.

Belə ki, ötən gün Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayevin çıxışı zamanı səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikir geniş müzakirəyə səbəb olub. Müzakirələrdə taksi xidmətləri ilə yanaşı, ictimai nəqliyyatda, o cümlədən metroda da gediş haqlarının qaldırılacağı qeyd olunur.

İddia edilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpiyə qədər qaldırılacaq.

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev Oxu.Az-a açıqlamasında gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun olmadığını bildirib:

“Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.//oxu.az//

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button