Dünya

Rusiya Federal Gömrük Xidmətinin rəis müavini saxlanılıb

Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina saxlanılıb.

Analoq.az APA-ya istinadən xəbər verir ki, o, gömrük rüsumlarının hesablanması zamanı məhsul çeşidinin müəyyənləşdirilməsi məsələləri ilə bağlı bir sıra korrupsiya cinayətlərində şübhəli bilinir.

Yaqodkina gömrük və digər ödənişlərin yığılması və inzibatçılığı üzrə daimi komissiyanın iclası başa çatdıqdan dərhal sonra saxlanılıb. Onun ofisində axtarış aparılıb, sonra Yaqodkina dindirilmək üçün Rusiya İstintaq Komitəsinə aparılıb.

Qeyd edək ki, Yaqodkina Rusiya gömrük orqanlarının əsas fiqurlarından biridir və Rusiya təhlükəsizlik qüvvələrinin tarixində general-polkovnik rütbəsinə qədər yüksələn üçüncü qadındır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button