GündəmManşet

Rövşən Aşağev: “Ölkəmizdə yem kifayət qədər baha olduğundan ət bahalaşır”

"Yemin qiyməti ucuzlaşmasa, insanlar başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq"

Son günlər ətin qiymətinin bahalanması ilə bağlı sosial şəbəkələrdə müzakirələr gedir.
Analoq.az xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Aşayev özünün Facebook səhifəsində qeyd edib ki, ətin bahalanması, xüsusilə də bütün istehlak mallarının və xidmətlərin, qeyri-qida məhsullarını bahalandığı bir dövrdə istehlakçı olaraq heç birimizin mənafeyinə və cibinə uyğun deyil: “Amma bu məsələdə qeyd ediləsi, üzəri ndən heç keçilməyəsi çox vacib bir məqam var – hansı ki, fermerlərin mənafeyini qoruyan normal asossiasiya və birliklər olsa idi, onlar bunu yazıb əsaslandırmalı idi. Amma heyf ki, yoxdur.
Ölkənin ərzaq təhlükəsizliyinin əsas ağırlığı və məsuliyyətini daşıyan fermerlərin qədir-qiyməti dövlət tərəfindən bilinən ölkədə bunu hökumət də edir. Amma bizdə yox.
Söhbət süd-ət-yem paritetinin müntəzəm olaraq hesablanması, bu paritetin süd və ətin qiymətinin formalaşması üçün baza kimi diqqətdə saxlanmasıdır.
Beynəlxalq təcrübədə südün qiymətinin o həddi optimal hesab edilir ki, süd-yem pariteti 1:1,5 həddində olur. Yəni, fermer satdığı 1 litr südlə 1,5 kq yağlı yem ala bilir. Hazırda Azərbaycanda süd zavodları kəndlilərdən südü maksimum 45 qəpiyə alır. Bu o deməkdir ki, gərək 1 kq kolorili yemin qiyməti 30 qəpiyə olsun. Amma bazarda real vəziyyət necədir? Fermerlərdən və satış şəbəkələrindən topladığım məlumata görə, təsərrüfatlarda geniş istifadə edilən arpa yarmasının hər kq-ı minimum 60 qəpik, xüsusi tərkibli kolorili yemlərin qiyməti 0.8 manatdır – yəni orta hesabla 0.7 manat. Yəni fermer satdığı südün qiymətilə 1.5 kq əvəzinə 0,6 kq yem ala bilir.
Eyni paritet ətə münasibədə də mövcuddur – 1 kq ətin qiyməti 20 kq kolorili yemin qiymətinə ekvivalent olarsa, ətçilik rentabelli çalışa bilər. Hətta günlər baş verən bahalanma nəzərə alınmaqla, bu paritet qoyun ətinə münasibətdə 15-ə, mal ətinə münasibətdə 12-yə bərabərdir. Yəni optimal hesab olunan həddən xeyli aşağı.
Ölkədə yem kifayət qədər bahadır. Ətin qiymətini ucuzlaşdırmaqla bərabər yemin də qiymətini necə ucuz etməyin yolları barədə ciddi düşünmək lazımdır. Əks halda insanlar imkan tapdıqca başqa sahələrə qaçacaq, aqrar sektorda qalmayacaq. Sadəcə indi alternativ yoxdur – fermerçilik icbari əməyi xatırladır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button