Cəmiyyət

Ölüyə Quran oxumaq olarmı? – İlahiyyatçı ŞOK FAKTLAR AÇIQLADI

Bəziləri dünyasını dəyişən müsəlman üçün Quran oxumağa qarşı çıxırlar. Quranda, ələlxüsus da yas yerində və ya qəbir üstündə oxunan surələrdə qeyd edilən əksər mətləblərin ölüyə dəxli olmadığını əsas gətirirlər. Deyirlər ki, Quran ölülər üçün yox, dirilər üçündür…

Bu məsələ ilə bağlı qeyd edim ki, Quran həm dirilər, həm də ölülər üçündür. Quran bütün canlı və cansızlar üçündür.

Allah həm ölülərin, həm də dirilərin Allahdır. Quran isə məlum olduğu kimi inac, etiqad, əməl kitabıdır. Lakin Quranın ikinci xüsusiyyəti odur ki, onu sadəcə oxumaq özü də savabdır.

Yəni, Quranı adicə qiraət etmək, tilavət etmək, üzündən oxumaq, hətta dinləmək də savabdır. Bu savabı da ölmüş insanın ruhuna bağışlamaq mümkündür. Ölünün başının üstündə, qəbristanda və ya hüzn məclisində Quran ona görə oxunmur ki, ölü eşitsin və ya başa düşsün.

Təbii ki, vəfat edən insan onu eşidə də bilər. Çünki ruhlar ölmür və həmin anda insanın ruhunun harada olmasını da Allahdan savayı heç kəs bilmir.

Ehsan vermək, xeyirli iş görmək, hətta Həccə gedib savabını vəfat etmiş insana hədiyyə etmək mümkündür. Onda niyə Quran qiraət edib onun savabını da ölüyə bağışlamaq mümkün olmasın?

Burada mətləbi qarışdırmaq lazım deyil. Ölüyə Quran oxunarkən mahiyyət ondan ibarətdir ki, surənin savabı mərhuma bağışlansın və toplanmış insanlar üçün də təbliğat, ölümü xatırlatma olsun.

Tural İrfan
İslamşünas, AMEA – nın dissettantı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button