Maraqlı

Qiyamət günü bizə hansı sənəd lazım olacaq?

Təsəvvür edin ki, sərhəddə vətəndaşdan sənəd istəyirlər. O, mütləq xarici pasportu göstərməlidir. Əgər vətəndaş sərhəddə tibbi arayışı və ya idman sertifikatını göstərsə, kifayət etməyəcək. O zamana qədər ki, xarici pasportu göstərməyəcək, sərhəd xidməti qane olmayacaqdır.

Beləcə də insana Qiyamət günü əsil sənəd lazım olacaq. Bu, nə sənəddir?

Qiyamət günü insanların behiştə getməsinin əsil şərti – namaz olacaqdır. Əgər namaz olmazsa, heç bir əməl qəbul olunmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü insandan ilk soruşulan şey – namazdır. Əgər namazı qəbul olarsa, başqa əməlləri də qəbul olunar. Əgər namazı rədd olarsa, başqa əməlləri də rədd olacaqdır”.

O kəslər ki, namazlarını heç bir zaman tərk etmirlər və onu əda etmək üçün vaxtına və şərtlərinə diqqət edirlər, onun ruh və həqiqətini dərk edirlər, heç bir şeyi ondan üstün tutmurlar – Allah bu insanları behiştə daxil edər. Onların əbədi məkanı behişt olar.

“O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar.

Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. (“Məaric” 34-35).

Beləliklə, deyə bilərik ki, behiştə daxil olmağın ən mühüm şərti – namazdır. Əgər insanın namazı qəbul olarsa qalan əməlləri də qəbul olar. Bu insanın əbədi məkanı behişt olar.

Əks halda qalan əməlləri qəbul olmadığı üçün, onun yeri cəhənnəm olar. (Tebyan)

Mövzu ilə bağlı digər bir buyuruşa da diqqət edək. Bu hədisdə ibadətin mahiyyətinə işarə olunmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ölər və o halda olar ki, Allaha heç bir zaman şərik qoşmamışdır – behiştə daxil olar”.Deyerler.org

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 1]

Back to top button