Cəmiyyət

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevə AÇIQ MƏKTUB

Tanınmış jurnalist Aida Eyvazlı Təhsil Naziri Emin Əmrullayevə açıq məktub ünvanlayıb.Analoq.az həmin məktubu olduğu kimi təqdim edir:

Bu ili YUNESCO həm də Bilgə Tonyükük abidəsinin 1300 illiyini qeyd edir.Əfsuslar olsun ki, bu möhtəşəm abidə haqqında Azərbaycanda demək olar ki, tədbir keçirilmədi. 1-cə dəfə ilin əvvəlində Beynəlxalq Türk Akademiyasının preziudenti, tarix elmləri doktoru pr.Darhan Qydyráli rəhbərliyi ilə AMEA-da deyəsən elmi bir konfrans baş tutdu.

BDU-da keçirilən görüşlər zamanı isə Darxan Xıdırəli təhsil nazirinə, BDU-nun rəhbərinə Azərbaycanda Bilgə Tonyükük adının əbədiləşdirilməsi, onun daş kitabələrinin surətinin BDU-nun həyətində, Azərbaycan rayonlarının bir neçəsində qoyulmasının vacibliyini, Azərbaycanda küçə və prospektlərə Bilgə Tonyükük adının vetlməsinin önmənidən danışdı.

Həmin vaxtdan 9 ay keçir… İndi təhsil nazirimiz də dəyişib. Azərbaycanda bu 9 ayda çox şey yaxşılığığa doğru dəyişməyə gedir.
Cənab təhsil naziri Emin Əmrullayev!
Yəqin ki, Türkiyə, türk dünyası ilə yenidən qovuşan yollarımız, birgə əməkdaşlığımızın yüksələn bir xətlə keçdiyi sizin də nəzər və diqqətinizdən yayınmır.
Ötən ilin oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Azərbaycan prezidenti İlham Əliyev öz çıxışında vuruğuladı ki, “Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.”. Eyni zamanda Azərbaycan prezidenti Türk Birliyinin yollarının Analoq Az Xəbər Saytıərbaycandan
başlanmasını söylədi.

Hörmətli nazir!

Tonyükük daş kitabəsi bir türk tarixi kitabıdır. Bu kitabı bütün türkdilli xalqlar, yeniliklərə və elmə açıq olan dövlətlər oxuyur və oxumalıdır. Həmin daş kitabələrdə türk sivilizasiyasının, dövlətçilik ənənələrinin əlifbası yazılıb.

Bildiyiniz kimi Beynəlxalq Türk Akademiyası AMEA Nizami adına Ədəbiyyat İnstitutunun da iştirakı ilə “Ortaq türk tarixi” kitabıını məktəblilərin istifadəsinə verib.

Türk dünyasının ilkin beşiyi olan Azərbaycanda Tonyükük abidəsinin ucaldılması və adının əbədiləşdirilməsi üçün təklifi çox arzu edərdim ki, sizin rəhbərliyinizlə tez bir zamanda həyata keçirilsin. Qoy həyata qədəm qoyan, dövlətçilik üçün adn içən, diplom alan gənclər bu abidənin önünə gəlib and içsinlər ki, dövlətə, xalqa, milli adət-ənənələrə, türkülüyümüzə sadiq olacaqlar. Çünki Türkçülük ƏDALƏT deməkdir! türklük doğruluq deməkdir. Türklük uğurun başlanğıcıdır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button