Ölkə

“Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olan “tarixçi-alim”, “professor” Cəmil Həsənlinin da canfəşanlığı ortadadır”-SİYAVUŞ NOVRUZOV

Bir müddət əvvəl YAP İcra katibinin müavini vəzifəsindən istefa verən deputat Siyavuş Novruzov yeni məqalə yazıb.Analoq.az xəbər verir ki, S.Novruzovun məqaləsi üzvü olduğu partiyanın saytında dərc olunub.


Həmin məqaləni təqdim edirik:

Siyavuş Novruzov:

– XXI yüzillikdə ötən əsrdə olduğu kimi iki Dünya müharibəsinə şahidlik etmədik. Amma daha mürəkkəb proseslər özünü göstərdi, daha taleyüklü qlobal məsələlərlə qarşılaşdıq. Yeni konflikt ocaqları yarandı, iqtisadi böhran müxtəlif dövlətlərin inkişafına mənfi təsirlər göstərdi. Son olaraq isə koronavirus infeksiyasının sosial və iqtisadi problemlər yaratması qlobal vəziyyətin gərginləşməsinə səbəb oldu. Bir sözlə, dünyanın mürəkkəb mənzərəsi ölkələr qarşısında yeni çağırışlar meydana çıxardı. Eyni zamanda, mövcud vəziyyət dövlətlərin gücünü, xalqların iradəsini sınağa çəkdi.

Müstəqil və xalqının maraqlarına əsaslanan siyasət həyata keçirən dövlətlər inkişaf yolunda əmin addımlarla irəliləməyə davam etdilər, qarşılarında isə yeni perspektivlər açıldı. Qürurla deyə bilərik ki, Azərbaycan məhz belə qüdrətli, tərəqqi yolunda addımlayan ölkələrdəndir. Bunu mümkün edən amil xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.

Azərbaycan Prezidentinin ideyaları və təşəbbüsləri dünyada taleyüklü məsələlərin həllində vacib rol oynayır

Azərbaycan xalqı həm də onunla qürur duyur ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etməyib. Onun həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, cəlbedici inkişaf modeli yaratmasını, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı struktur və kadr islahatlarının aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar dövlət başçısının siyasi iradəsini, islahatların davamlı xarakter daşıdığını göstərir. Bütün bunlar isə Azərbaycanın uzunmüddətli inkişafını təmin edir.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin fəaliyyəti, irəli sürdüyü ideyalar, təşəbbüslər dünyanın hazırkı mənzərəsində bəşəriyyətin inkişafına töhfələr verir. Yəni Azərbaycan Prezidentinin fəaliyyəti qlobal əhəmiyyət daşıyır. Bu barədə çoxsaylı faktlar mövcuddur. Onlardan sadəcə bir neçəsinə nəzər salmaq deyilənləri təsdiq etməyə imkan verir. Əvvəla, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan dünyada böyük etimad qazanıb. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji, nəqliyyat layihələri təkcə bölgədə deyil, həm də dünya miqyasında təhlükəsizliyə, əməkdaşlığa böyük töhfədir.

Azərbaycanın yüksək nüfuzunu və qlobal talüyeklü məsələlərdə fəal rolunu göstərən hadisələrdən biri 2011-ci il oktyabrın 24-də respublikamızın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi (müvəqqəti) üzv seçilməsidir. Eyni zamanda, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib, bu dövrdə dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb. 2012-ci il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və Azərbaycanın prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bununla yanaşı, 2013-cü ilin oktyabrın 28-də BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Ümumilikdə, ölkəmizin bu quruma sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. Bir sözlə, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və öz qətiyyətli mövqeyini ortaya qoyub.

Bundan başqa, dünyanın 200-dən çox ölkəsində tüğyan edən koronavirus pandemiyası şəraitində də Azərbaycan Prezidenti qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürüb. COVID-19-un müşahidə edildiyi ilk zamanlarda Prezident İlham Əliyev tərəfindən bütün bəşəriyyət üçün böyük əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulub. Bu zamana qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm addımlar atılıb. Ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib. Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Xatırlatmaq lazımdır ki, Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edib. Bir sözlə, faktlar onu göstərir ki, qətiyyətli liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bütün bəşəriyyəti maraqlandıran və narahat edən taleyüklü məsələlərin həllində fəal rol oynayır, liderlik missiyası həyata keçirir.

Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın inkişafında və imicinin daha da möhkəmlənməsində böyük əhəmiyyətə malikdir

Digər bir qürurverici məqam isə Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həm ölkəmizin inkişafında, həm də Azərbaycanın dünyada qlobal rolunun artmasında böyük əhəmiyyətə malik olan səmərəli fəaliyyətidir. Mehriban xanım Əliyeva da möhtərəm Prezidentimiz İlham Əliyev kimi uğurlu fəaliyyəti ilə həm xalqa, dövlətə xidmət nümunəsi yaradıb, həm də dünyada xalqlararası əməkdaşlığın möhkəmlənməsinə güclənməsinə mühüm töhfələr verib. Xüsusilə də, onun təşəbbüsü ilə həyata keçirilən layihələr milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması baxımından müstəsna önəm daşıyır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması istiqamətində xidmətlərinin miqyasını aydın şəkildə görək və dəyərləndirək. Azərbaycan keçən il YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu mühüm tədbir, eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan-YUNESKO əməkdaşlığına verdiyi töhfələrə işıq saldı. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESKO-nun müvafiq siyahılarında yer alıb. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. YUNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin qurumun Ümumdünya İrs Siyahısına daxil edilməsi də uğurlarımız sırasındadır. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək edib. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək verib. Ən əhəmiyyətli məsələlərdən biri isə Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə etməsidir. Görülən işlər beynəlxalq ictimaiyyətdə Azərbaycan həqiqətləri barədə dolğun təsəvvürün formalaşdırılmasına böyük töhfələr verib. Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə keçirilən tədbirlərin Azərbaycanın beynəlxalq nüfuzunun artmasındakı vacib rolunu da xüsusi qeyd etmək lazımdır. Nəhayət, Mehriban xanım Əliyevanın fəaliyyəti qlobal məzmun daşıyır, ona görə də təkcə Azərbaycan xalqı tərəfindən deyil, beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. O, mədəniyyətin təbliği, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, humanizm prinsipinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Bu gün dünya miqyasında Mehriban xanım Əliyevanın fəaliyyəti böyük rəğbətlə qarşılanır, onun təşəbbüsləri və fəaliyyəti həm ölkəmizin, həm də bəşəriyyətin inkişafına xidmət göstərir.

Bütün bu faktlar, həqiqətlər vətəndaşlarımızda, öz müstəqil dövlətini dəstəkləyən dünya azərbaycanlılarında haqlı qürur, sonsuz fəxarət hissi yaradır. Çünki Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan XXI əsrdə inkişaf yolunda addımlayan, üçrəngli bayrağı ən yüksək zirvələrdə dalğalanan qüdrətli dövlətdir. Dövlətimizin başçısının və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdükləri təşəbbüslər Azərbaycanın dünyada rolunu artırır, nüfuzunu yüksəldir.

Erməni mənşəlilər və erməni çörəyi yeyənlər Azərbaycana qarşı yeni qarayaxma kampaniyasına başlayıblar

Təbii ki, dostlarımızı sevindirən bu uğurlardan ciddi narahatlıq keçirənlər də var. Bunlar ermənilər, ermənipərəst dairələr və “sapı özümüzdən olan baltalar”dır. Xüsusilə, son vaxtlar satqınlar klubu olan antimilli şurada təmsil olunan radikallar, həmçinin xaricdə oturub Azərbaycana qarşı qarayaxma kampaniyası aparan erməni mənşəlilər və erməni çörəyi yeyənlər aldıqları sifarişlər əsasında daha da fəallaşıblar. Fəallaşmaq dedikdə, təbii ki, sosial şəbəkələrdə, internet kanallarında, videokonfranslarında həyasızcasına xalqımıza və dövlətimizə qarşı, təhqiramız, təxribatçı fikirlər səsləndirmələri nəzərdə tutulur. Əlbəttə ki, bunlar səbəbsiz deyil. Xüsusilə də, bu yaxınlarda Ermənistanın Tovuz rayonu istiqamətində təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən alınması, yəni düşmənin təcavüzkar silahlı birləşmələrinin darmadağın edilməsi, eyni zamanda, xalqımızın öz dövlətinə, Prezidentinə və Silahlı Qüvvələrin Ali Baş Komandanına qətiyyətli dəstək göstərməsi həm erməniləri, həm də onların əlində alətə çevrilmiş “beşinci kolon”u yeni hücumlara vadar edib. Onlara yalan məlumatları tirajlamaq tapşırığı verilib. Elə Azərbaycanın sözügedən hərbi uğurundan sonra Müdafiə Nazirliyimiz, nazir və Baş Qərargah rəisi haqqında qaralayıcı, şayiə xarakterli məlumatların, həmçinin Azərbaycanın ayrılmaz tərkib hissəsi və tarixi torpağı olan Naxçıvan Muxtar Respublikasının guya “müstəqilliyini elan edəcəyi” barədə uydurmaların yayılması bunun bariz nümunələrindəndir.

Antimilli kampaniya aparanların kimlikləri isə hamıya bəllidir. Məsələn, Gəncə ermənisi, uzun müddət “diplomat” adı altında xəyanətkarlıqla məşğul olan Arif Məmmədov erməni lobbisinin tapşırıqları əsasında dayanmadan Azərbaycan əleyhinə fikirlər söyləyir. Digər antimilli ünsür, mərəzə qaraçısı, qəbirstanlıq mücöyürü olan Qənimət Zahid də Ermənistanın tezislərini tutuquşu kimi səsləndirməkdən yorulmur. Həmçinin işlədiyi bütün redaksiyalarda çantalardan oğurluq etməklə məşğul olduğuna görə döyülərək qovulan, jurnalist fəaliyyətindən çox dələduzluqla ad çıxarmış, bəzi vətəndaşlarımızı Macarıstanda “siyasi sığınacaq” almaq adı ilə aldadaraq onlardan 3000 manat avro məbləğində qeyri-qanuni pul alan, bu əməli ilə Macarıstan səfirliyinin ciddi etirazına səbəb olan və qınağına tuş gələn Fikrət Hüseynli ermənilərin ölkəmizə qarşı qarayaxma kampaniyasının fəallarındandır. Yaxşı olar ki, o, hansı ad və səbəblə Hollandiyada mühacirlik alıbsa, elə həmin işlə məşğul olsun. Bununla yanaşı, 1001 sifətin sahibi kimi tanınan, “jurnalist” adı altında milli maraqları satmaqla məşğul olan Osmanın qızı da var gücü ilə xalqımıza, dövlətimizə qarşı səfərbər edilənlərdəndir. Ramiz Yunusun vasitəçiliyi ilə erməni lobbisinin pulları qarşılığında internet kanalında təxribatçı fəaliyyət göstərən Osmanın qızının hər fikri, hər cümləsi göstərir ki, o, konkret olaraq Azərbaycan dövlətinə düşmən münasibəti bəsləyir. Okeanın o tayında oturub Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olan “tarixçi-alim”, “professor” Cəmil Həsənlinin da canfəşanlığı ortadadır. Erməni lobbisi tərəfindən maliyyələşən internet kanallarının bəzəyinə, yaraşığına çevrilən bu şəxsin vəzifəsi sırf Azərbaycan xalqı və dövləti haqqında təhqiramiz, uydurma fikirlər səsləndirməkdir.

Ermənistanın maraqlarını müdafiə etmək üçün dəridən-qabıqdan çıxan “beşinci kolon” bir daha riyakar simasını göstərir

Vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday, Aşqabad və Münxendə erməni yalanlarını ifşa etməsindən, Paşinyana tarix, siyasət, diplomatiya dərsi keçməsindən narahat olaraq ermənilərin maraqlarının müdafiəsinə çalışan bu antimilli ünsürlər bu gün də eyni vəzifəni yerinə yetirirlər. Onlar Ermənistanı sivil, Azərbaycanı isə guya “barbar ölkə” kimi dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Belə olmasaydı, ən azından, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər”in keçirilməsinə münasibət bildirər, işğalçı siyasəti pisləyər, Azərbaycanın haqlı mövqeyini müdafiə edərdilər. Həmin qondarma “seçkilər”i qınayan və rədd edən bir çox ölkələrin, təşkilatların bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olundu, amma sözügedən antimilli ünsürlər susqunluq nümayiş etdirdilər. Və yaxud işğalçı Ermənistan tərəfindən Azərbaycanın əzəli torpaqlarında qeyri-qanuni məskunlaşdırma aparılması, mülki əhalimizə qarşı hücumların edilməsi, təcavüzkar Ermənistanın silahlandırılması barədə bir kəlimə də danışmadılar.

Ölkəmizin inkişafını təmin edən xalq-iqtidar birliyi sarsılmazdır

Hələ bunlar azmış kimi, ölkədə həyata keçirilən uğurlu siyasətin, qazanılan nailiyyətlərin üzərinə kölgə salmaq məqsədilə müxtəlif uydurma məlumatlar yayır, vətəndaşla dövlət arasındakı birliyə xələl gətirməyə çalışırlar. Hətta daha da irəli gedərək ölkədə guya “klanlararası mübarizə”nin olduğunu söyləyirlər. Təbii ki, bütün bunlar sadəcə olaraq onların arzuları və məkrli niyyətləridir. Bu antimilli ünsürlər də, xidmət etdikləri dairələr də yaxşı bilirlər ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Prezident İlham Əliyevin rəhbərlik etdiyi vahid komandanın uğurlu fəaliyyəti ölkəmizin sürətli inkişafını təmin edir. Həmçinin Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqına və dövlətinə qarşı istənilən qarayaxma kampaniyası, təxribat cəhdi isə hər zaman iflasa məhkumdur!

Analoq.az

Daha çox
Back to top button
Close