DünyaSağlamlıq

ÜST həyacan təbili çaldı : “Oktyabr, noyabr ayında…”

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılmasına dair həyəcan siqnalı çalıb.Cebhe.info xəbər verir ki, ÜST payızda xüsusilə Avropada yoluxma hallarının və ölümün artacağını bildirib. Bu bəyanatla təşkilatın Avropa regional bürosunun rəhbəri Hans Klyuqa çıxış edib.

O bildirib ki, qarşıda çətin dövr var: “Çətin olacaq. Oktyabrda, noyabrda ölüm sayı artacaq”.

Xatırladaq ki, 14 sentyabrda dünyada koronavirusa rekord yoluxma qeydə alınıb.

Belə ki, sutka ərzində 307 930 yoluxma qeydə alınıb ki, bunun da böyük hissəsi (95 minə yaxın) Hindistanın payına düşür. ABŞ və Braziliyada da sutkalıq yoluxmada rekord göstərici var. Ümumilikdə dünya üzrə yoluxma 29 milyona yaxındır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button