Redaktor seçimiŞikayət

Sabunçuda şıdırğı TORPAQ ALVERİ… – BU NƏDİ BELƏ?!

Ölkə ərazisində – xüsusilə də Bakının bir çox rayonlarında aparılan qanunsuz tikintilər barəsindən tez-tez məlumatlar yayımlayırıq. Buna misal olaraq, Xətai, Binəqədi, Nizami və digər rayonların adlarını çəkə bilərik. Amma, maraqlısı budur ki, bu kimi məlumatlar da “bərəkət” kimi paylaşdıqca çoxalır. Aidiyyatı qurumların bu cür qanunsuzluq hallarına laqeydliyini görən digər rayonlar da sanki “olanlardan ilhamlanaraq” eyni halların onların da ərazisində artmasına şərait yaradırlar.

Əslində, dərindən araşdıranda, bu “ilhamın” qaynağının ciblərdən başladığını aydınca görmək olur da, biz sadəcə nəzakət xatirinə məlumatların çoxluğuna bağladıq.

Yeri gəlmişkən, bu cür “palaza bürünüb, elnən sürünən” rayonlardan biri də paytaxtın Sabunçu rayonudur. Belə ki, “DogruXeber.az” redaksiyasına Sabunçu rayon Sabunçu qəsəbəsində qanunsuz tikinti aparıldığı barəsində məlumat daxil olub.

Məlumatda bildirilir ki, Qambay Vəzirov küçəsində fəaliyyət göstərən birmərtəbəli maşınyuma (moyka) məntəqəsinin üstündən əlavə iki mərtəbə də inşa etdirilir. Deyilənə görə həmin obyektin ikinci və üçüncü mərtəbələrinin “xeyir-şər evi” kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Hansı ki, redaksiyamıza həmin ərazinin “SOCAR’ neft şirkətinə məxsus olduğu üçün elə üstündə “daha böyük xəyallara doğru start götürən” o, “moykan”ın özünün tikintisinin də tamamilə qanunsuz olduğu bildirilib.

Qeyd edək ki, sözügedən qanunsuz tikinti barəsində redaksiyamız tərəfindən aidiyyatı qurumlara rəsmi sorğular göndərilib.

Qarşıdakı günlərdə sözügedən tikinti barəsində daha ətraflı məlumat və fotoşəkillər portalımızda dərc ediləcək. Diqqətiniz bizdə olsun. Mövzunu davam etdirəcəyik

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button