Cəmiyyət

“Rusdillilər sovet dövründən qalma ənənəyə sadiq olaraq vəzifələrə təyin olunur”-VÜQAR ƏHMƏD

Ötən günlərdə Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid edən status paylaşmışdı.

Cəmiyyət arasında xeyli müzakirəyə səbəb olan xalq yazıçısının statusuna tanınmış şair, professor Vüqar Əhməd də münasibət bildirib. Analoq.az həmin açıqlamanı təqdim edir:

Rüşvətxorun, cinayətkarın, antidövlətçi ünsürlərin təhsil aldığı dil fərq eləmir.Sadəcə rusdillilər sovet dövründən qalma ənənəyə sadiq olaraq vəzifələrə təyin olunur.İndi də ingilis təhsillilər.Əsas odur qanları və əlləri təmiz olsun.Vətəni sevsinlər.Yerlibazlıq, tayfabazlıq eləməsinlər.

Rus dilində təhsil alanların ailə mühiti milli olursa həmin şəxsdə milli xarakter formalaşır.Ailəsi də rusdillidirsə o insan rus xarakterinə malik olur.Milli ruhdan uzaq olur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button