Sağlamlıq

Oktyabrda, noyabrda ölüm hallarının sayı artacaq – ÜST-dən bədbin proqnoz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, payızda Avropa ölkələrində yeni növ koronavirusdan ölənlərin sayı artacaq.
Analoq.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.
“Daha çətin olacaq. Oktyabrda, noyabrda ölüm hallarının sayının artacağı gözlənilir”, – o deyib.

Qeyd edək ki, daha əvvəl ÜST dünən dünyada rekord sayda gündəlik koronavirusa yoluxma halı qeydə alındığını bildirmişdi. Qurum sentyabrın 13-də dünyada 307 930 yeni COVID-19 halı aşkar edildiyini xəbər vermişdi.
ÜST-ün məlumatına görə, 14 sentyabr tarixinə dünyada 28,6 milyondan çox insana koronavirus diaqnozu qoyulub. 917,4 min insan virusdan ölüb./dominant.az/
Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button