Hadisə

Bakıda 27 yaşlı müəllim özünü niyə binadan atdı ?- FOTO

Bakıda 27 yaşlı müəllimə özünü yaşadığı binanın pəncərəsindən atıb.Bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib:

“121 nömrəli tam orta məktəbdən hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi İsayeva Naidə Namiq qızı 16 sentyabr tarixində özünü Nərimanov rayonunda yaşadığı binadan aşağı atıb.

Təəssüflə qeyd edirik ki, hadisə nəticəsində Naidə İsayeva vəfat edib.

Onu da qeyd edək ki, Naidə İsayeva həmin gün (16 sentyabr) zəng edərək özünü narahat hiss etdiyi üçün işə gələ bilməyəcəyini deyib. N.İsayeva məktəbdə bacarıqlı, sakit və savadlı bir müəllim kimi tanınıb. Hadisədən kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyirik.

Bizdə olan məlumata əsasən, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır”.

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Bakıda 27 yaşlı müəllimin vəfat etməsi ilə bağlı məlumat paylaşılıb.(oxu.az)

Daha çox
Back to top button
Close