Siyasət

“Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”-PREZİDENT İLHAM ƏLİYEV

Prezident İlham Əliyev özünün rəsmi facebook səhifəsində paylaşım edib.

KONKRET.az xəbər verir ki, paylaşımda dövlət başçısı bildirib ki, “5 il sonra biz yalnız özümüzün nə edəcəyimizi proqnozlaşdıra bilərik: Qarşıdan gələn 3 il ərzində biz əsas infrastruktur layihələrini – dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələrini başa çatdıracağıq və tikinti işlərinin fəal bazasında olacağıq.

Bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar olmalı, oraya qayıdacaq insanlar lazımi yaşayış şəraitilə təmin edilməlidir. Onlar maliyyə cəhətdən dövlətdən asılı olmamalıdırlar.

Həmin vaxta qədər Zəngəzur dəhlizi istifadəyə veriləcək”.
9
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button