Ölkə

Qarabağda “Maştağa 1 N-li internat” sözlərinin müəllifi tapdı

“Bu foto hardasa 10 gün əvvəl Hadrutda çəkilib. Açığı gözləməzdim ki, bu şəkil belə yayılar, səs-küyə səbəb olar”.

Söhbət Vətən Müharibəsinin iştirakçısı Elçin Əhmədovun Qarabağda tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözlərindən və lentə alınan fotodan gedir. Bunları Lent.az -a danışan isə Elçinin qardaşı Arazdır. Araz deyir ki, hazırda ikimiz də cəbhədəyik:

-Bura könüllü gəlmişik. Hələ də buradayıq. Vətənə xidməti tam başa vurduqdan sonra qayıdacağıq.

Maraqlıdır, bəs niyə Elçin divara “Maştağa 1 N-li internat” sözlərini yazıb?

-Hər iki valideynimizi itirdikdən sonra , Elçin 6 yaşından etibarən dövlət himayəsində böyüyüb. Əvvəl Lənkəranda Osman Mirzəyev adına uşaq evində, daha sonra isə Maştağa 1 saylı internatda.

Hə, Maştağa 1 saylı internatı özünə ev bilən Elçin, divarlara da oranın adını həkk edib. 33 yaşlı Elçin indi 3 övlad atasıdır.

Salamat qayıt, qəhrəman Azərbaycan əsgəri!

Qeyd edək ki, Əhmədov qardaşlarının həyat hekayəsi illər öncə Lent.az -ın “İnternat dramı” layihəsində işıqlandırılıb. Tanımayanlar üçün linkləri paylaşırıq. Görün necə mərd, cəsur və ləyaqətli insanlardılar…lent.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button