Müsahibə

“Əgər ermənilər qırılmaq istəmirlərsə, işğaldan əl çəkməlidirlər”-HAFİZ HACIYEV

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və müharibə ritorikası davam edir. Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqları öz təxribatları ilə sıfıra endirən Ermənistan və Paşinyan hökuməti məkrli siyasətindən əl çəkmir. Bu gün Azərbaycan şəhidlər verir.

Beynəlxalq təşkilatlar isə erməni terroruna qarşı susmaqla regionda vəziyyətin daha da ağırlaşmasına şərait yaradırlar. Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasəti və beynəlxalq ictimaiyyətin bu məsələyə loyal yanaşması ilə bağlı kəskin mövqeyi ortada. Nə baş verir?“Həftə içi”nə müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev maraqlı nüanslara diqqət çəkib.

– Hafiz müəllim, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanın – Paşinyanın danışıqları pozan təxribatları hansı xüsusatları ilə diqqəti çəkir…

– Ermənistanın cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Paşinyan deyir ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, formatı dəyişdirmək cəhdidir və buna Azərbaycan heç vaxt razı ola bilməz. Ermənistanın işğal edilmiş torpaqlarda məskunlaşdırma aparması bütün beynəlxalq konvensiyalara ziddir, qanunsuzdur, cinayətdir. Bunu Paşinyan rejimi şüurlu şəkildə edir. Azərbaycanı təxribata çəkirlər. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub. Cənab Prezidentin də dediyi kimi, burda məqsəd danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Azərbaycan Prezidentinin təxribatlarla bağlı mövqeyi bəllidir. Prezident qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. Prezident çıxışlarında bildirib ki, Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Prezident onu da bildirb ki, bizim bir şərtimiz var – ermənilər bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.

Bu gün Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, öz müttəfiqlərini bu işlərə cəlb etmək üçün zondaj aparılır. Ermənistan təcavüzkar dövlətdir, terrorizmə sponsorluq edən ölkədir. Ermənistan bizim üçün daim təhlükə mənbəyidir. Prezidentin də dediyi kimi, əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək. Əgər Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.

– Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək iddiası ortada. Bu məkirli siyasətin bu günə qədər davam etdirən erməni işğalçıları nəyə ümid edir?

– Ermənistanın bugünkü rəhbərliyi ölkəni uçuruma aparır. Ermənistanın indiki rəhbərliyi məsuliyyətsizdir, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir.

Ermənisatan yaxşı bilir ki, işğalda saxladığı torpaqlar Azərbaycanın əzəli torpaqlarıdır və gec-tez özünə qaytarılacaq. Bilirlər ki, illərdir Dağlıq Qarabağda həyata keçirdikləri qanunsuz əməlləri ifşa olunacaq və cənab Prezidentin müsahibəsində dediyi kimi, heç kimə bir metr torpaq da verilməyəcək.

Ermənistan vəziyyətən çıxmaq üçün Suriyadan, Livandan muzdlu dəstələri, PKK terrorçularını işğalda saxladığı ərazilərə gətirdirlər. Artıq müharibənin qaçılmaz olduğu ortadadır. Biz gec-tez torpaqlarımızı işğaldan azad etməliyik. Bu, istər 1 ilə baş versin, istər 5 aya… Bu məsələlər cənab Prezidentin çıxışlarında öz əksini tapıb. İrəvan torpaqlarının Azərbaycanın olması, ermənilərin danışıqlardan yayınması, arvadını ortaya atması eyforiyadan əmələ gəlir. Qeyd-şərtsiz torpaqlar işğaldan azad edilməlidir. Əgər ermənilər qırılmaq istəmirlərsə, işğaldan əl çəkməlidirlər. Əks halda Azərbaycan ərazilərində bir dənə də erməni qalmayacaq. Cənab Prezidentin çağırışı bizim üçün qanundur və bu məsələdə müxalifət-iqtidar söhbəti yoxdur.

– Ermənistanın Dağlıq Qarabağda seçki keçirməsi, körpülər salması, apardığı köç siyasəti, dünyanın gözü qarşısında baş verir. O zaman beynəlxalq ictimaiyyət işğal faktının aradan qaldırılması üçün niyə öz təsir gücündən istifadə etmir, səbəb nədir?

– Paşinyan Soros rejiminin məhsuludur. Paşinyanın hakimiyyət komandasının bütün üzvləri ya Soros Fondundan, ya “Transperensy”dən, ya da ki, o biri insan hüquqları təşkilatlarındandır. Ona görə də bəzi beynəlxalq təşkilatlar və QHT-lər bu gün Ermənistanda baş vermiş despotik hərəkətlərə göz yumurlar. Məsələn, Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, Ermənistanda iki keçmiş prezident sırf siyasi fəaliyyətlərinə görə məsuliyyətə cəlb edilib, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susurlar? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur?

Göründüyü kimi, dünyada ikilistandartlar var. Azərbaycan torpaqları 30 ildir işğal edilib. Torpaqların işğaldan azad olunması ilə bağlı BMT-nin qətnamələri var. Lakin bu qətnamələrə əməl edilmir. Ermənilər dünyada saymazlıq, ərköyünlük nümayiş etdirirlər. Onların arxasında müəyyən qüvvələr var ki, onlara arxayın olaraq öz işğalçı siyasətlərini davam etdirirlər. Dünyanı yalandan inandırmaq istəyirlər ki, Qarabağ ermənilərin olub. Bunun üçün də bütün yollara əl atırlar. Tarix saxtalaşdırılır, tarixi abidələrimiz erməniləşdirilir. Amma cənab İlham Əliyevin də dediyi kimi, əgər bunlar beynəlxalq hüquqa məhəl qoymurlarsa, biz niyə buna dözməliyik? Əgər onlar BMT qətnamələrinə əhəmiyyət vermirsə, ATƏT-in Minsk qrupunun byanatlarını ayaqlar altına atırlarsa, biz niyə ermənilərin bu məkirinə dözməliyik.

İnanıram ki, biz müharibəyə başlasaq, 5-10 günə torpaqlarımzı işğaldan azad edəcəyik.

– Siz də qeyd etdiniz ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı terroruna susur. Lakin əgər biz öz torpaqlarımızı işğaldan azad etməyə qalxsaq təpkilər başlayacaq, tərəflər sülhə dəvət ediləcək. Bu prosesdə də Rusiyanın təhlükəli tərəf olduğu deyilir. Buna fikriniz?

– Əgər Rusiya bu işə qarışsa özü itirəcək. Lakin bu gün Rusiyanın başı özünün problemlərinə qarışıb. Digər tərəfdən, əgər Rusiya ermənilərə dəstək verirsə, bizim də Türkiyə kimi qardaşımız var. Bu üzdən kimin Ermənistanın yanında olmasından, yaxud beynəlxalq təşkilatların nə deməsindən narahat olmamalıyıq. Müharibə itki deməkdir. Lakin biz torpaqlarımızı nə yolla olursa olsun, işğaldan azad etməliyik. Bundan sonra kimin nə deyib deməməyinin heç bir mənası yoxdur. Hər halda, Türkiyənin Azərbaycanla birlikdə addımlaması, Pakistanın Azərbaycana dostluğu bizə əsas verir deyək ki, biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik. Hər halda biz başqasının torpaqlarına göz dikməmişik. Biz kimlərdənsə torpaq ummuruq, biz öz torpaqlarımzı terrorçulardan azad etmək istəyirik. Heç bir xarici dövlət bu məsələyə qarışa bilməz.

– Müsəlman dövlətlərinin erməni terroruna qarşı hər hansı təpkisi görünürmü?

– Azərbaycan İslam həmrəyliyi işində həmişə çox fəal olub. Prezidentin xarici siyasət istiqamətləri ilə çıxışlarında əsas prioritetlərdən biri müsəlman ölkələri ilə əlaqələrdir. Azərbaycanı BMT-də ən çox dəstəkləyən ölkələr də müsəlman ölkələridir. İƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidirlər ki, Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı soyqırımı törədib. Dini tarixi abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib. Hələlik ciddi dəstək görünmür. Ümid edirəm ki, müsəlman dövlətləri Ermənistana öz təpkisini bildirəcək.

Analoq.az

Daha çox
Back to top button
Close