Cəmiyyət

“Nə iynə vurdularsa, ayılmadı” – Etibar Babayevin bacısı

AzTV-nin koronavirusdan öldüyü bildirilən baş redaktoru Etibar Babayevin bacısı Arzu Babayevanın “Facebook” da yazdığı qalmaqallı açıqlaması gündəmi silkələyib.

Sosial şəbəkə hesabında bqardaşı soyuqdəymə ilə xəstəxanaya getdiyini qeyd edən Arzu xanım daha sonra qeyd edib ki,professorlar dedi ki, heç nəyi yoxdur. Nə iynə vurdularsa, ayılmadı. Əgər onda virus olsaydı, o qədər adam dəfnə buraxılmazdı. Çünki virusdan ölənləri dəfn üçün vermirlər, Biz hamımız orda idik. Bu da tərifli EGE klinikası. Öz ayağı ilə getdi, ölüsü gəldi.

Sözügedən xəstəxana Arzu xanımın statusdan sonra bildirib ki, xəstə Ege Hospitala başqa xəstəxanadan diaqnostik müayinə üçün göndərilib və diaqnostik müayinə olunub. Diaqnostik müayinənin nəticələri xəstənin yaxınlarına təqdim olunub. Ege Hospitalda xəstəyə heç bir müdaxilə olunmayıb, o cümlədən heç bir iynə də vurulmayıb. Yayılan informasiya həqiqədə uyğun deyil, yalnışdır. Mərhuma rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button