Ölkə

Deputat Razi Nurullayev Tural İrfanı müavin təyin etdi

Analoq. az xəbər verir ki, Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ilahiyyatçı-yazar Tural İrfanı rəhbərlik etdiyi partiyada sədr müavini vəzifəsinə təyin edib. Bu barədə o, öz feysbuk hesabında aşağıdakıları qeyd edib:

“Bu gün Tural Irfan (Tural Əhmədov) bəyin Milli Cəbhə Partiyası – MCP sədrinin dini məsələlər üzrə müavini təyin olunması ilə bağlı qərar verdim. Partiyanın Siyasi Şurasında müzakirə edilib təsdiq ediləcək. İnanıram ki, problem olmayacaq.

Tural bəyi təbrik edirəm və inanıram ki, o, partiyanın inkişafında önəmli işlər görəcək.

Haqqında

Tural İrfan (Tural Qara oğlu Əhmədov) ixtisasca ilahiyyatçı, islamşünasdır. Bir müddət ixtisası üzrə Bakı İslam Universitetində müəllim işləyib. Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsində səlahiyyətli nümayəndəsi olub.

Yazıçılıq və jurnalistika fəaliyyəti ilə də məşğul olur, işğal edilmiş yurd yerlərimiz, Vətən şəhidlərimiz, vətənpərvərlik mövzusunda yazdığı səkkiz kitab müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür.

2012-ci ildə Prezident tədaüdünə layiq görülüb. İlahiyyat sahəsində dini tolerantlıq, ənənəvi islam dəyərləri, islam və müasirlik, xurafatçılığın tənqidi, dinlərin ortaq nöqtələri və digər vacib mövzulara aid yüzdən çox məqalə və tədqiqatın, bir neçə elmi əsərin müəllifi, AMEA-nın akademik Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantıdır.

Xeyirli və uğurlu olsun!

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button