Kriminal

“Oğru müharibələri” başlayır

“Oğru müharibələri” başlayır: Albert tacdan məhrum edildi, hər yerə “proqon” getdi

Bir qədər əvvəl Türkiyədə qətlə yetirilmiş Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Bakinski, həmçinin onun ən yaxın ətrafı “proqon” yayıblar. Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, yayılan “proqon” Albert Rıjıy ləqəbli “qanuni oğru” Əli Heydərov barəsindədir.

Namiq Bakinski, Merab Pipiya, Rafət Əlibayramlinski, Yusif Şamxorski, Nika Qaqrinski və digər “qanuni oğrular”ın imzaladığı “proqon”da Albert Rıjının “qanuni oğru” adından məhrum olunduğu bildirilir. Xatırladaq ki, 2014-cü ildə Quli və tərəfdarları Əli Heydərovu “qanuni oğru” adından məhrum etmişdilər.

Amma Albert 2017-ci ildə Quliyə cəbhə açan digər “qanuni oğrular” tərəfindən yenidən taclandırmışdı. Kriminal ekspertlərin fikrincə, Quli tərəfdarlarının bu addımı “qanuni oğrular” arasında yeni müharibənin başlanğıcı ola bilər.lent.az

Analoq.az

Daha çox
Back to top button
Close