Manşet

Keçmiş institut direktoru Ramiz Mehdiyevi məhkəməyə verdi-SON DƏQİQƏ

Ramiz Mehdiyev məhkəməyə verildi
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib.Unikal.org-un məlumatına görə, buna səbəb Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Ə.Quliyevin bülletendə olduğu müddətdə onun R.Mehdiyev tərəfindən işdən çıxarılması olub.

Onun yerinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov təyin olunub.

Bundan sonra Ə.Quliyev işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam edir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button