Ölkə

“Əbülfəs Qarayevin müavini deyil ki bu cənab? “Bala” Nüşabə ilə

Aktyor İbrahim Salamov Mədəniyyət naziri Əbülfəs Qaryevin müavini haqqında daha bir iddia irəli sürüb.Sfera.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Salamov, qalmaqallı müğənni Nüşabə Musayeva ilə rəqs edən şəxsin videosunu yayımlayaraq qeyd edib:

“Əbülfəs Qarayevin müavini deyil ki bu cənab? “Bala” Nüşabə ilə.


Təsəvvür edin , özünü buraxan müğənnilər necə olur ki, belə həyasızlaşırlar”.

İzləyicilərin marağına səbəb olan bu video, böyük müzakirələrə səbəb olub.

“Belə pozğun, pul yeyən köməkçi üzündən Azərbaycan yaman günə qalıb da”, “Deməli , hər əxlaqsız müğənninin kürəyində belə zırpı ” məmur” dayanırmış ki, belə hoqquldayırlar. Batsın belə nazirliyi də naziri də”,- deyə, onlar qeyd ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirin müavini Rafiq Bayramov, Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov da olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button