Dünya

Klintonun qızı terrorçulara dəstək üçün serial çəkir

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun prodüser qızı Çelsi Klinton terrorçulara dəstək olub. “Qafqazinfo” xəbər verir ki, o, Suriyanın Kobani şəhərindəki YPG/PKK-lı qadınların həyatından bəhs edən serial lentə alacaq.

Klintonlara məxsus “HiddenLight” şirkəti serialı yazar Qeyl Tsemax Lemmonun İŞİD-ə qarşı savaşan digər terror təşkilatının üzvlərinin “qəhrəmanlıqları”ndan bəhs edən romanından ilhamlanaraq ekranlaşdıracaq.

Kitab “Kobaninin qızları: Üsyan, cəsarət və ədalətin hekayəsi” adlanır.

“Hekayəni dünyanın hər yerindən izləyicilərə təqdim etməkdən daha həyəcanverici bir şey ola bilməz”,- deyə Ç. Klinton qeyd edib.qafqazinfo.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button