Siyasət

Paşinyan nə üçün razılaşamağa hazır olduğunu bildirdi?-Analiz

Öz legitimliyini qaldırımaq üçün ən yaxşı yol kimi Azərbaycanla müharibəni seçən Nikol Paşinyan axır nəticəni yanlış hesabladı!

Bu barədə Siyasi Şərhçi Elman Vəliyev bildirib;

Hakimiyyətə ABŞ köməyi ilə gələn Paşinyan Rusiyanın arxasında olduğunu zənn edərək 27 Sentyabra Azərbaycanla müharibəyə başladı.Ancaq zənni onu yanıltdı!

Rusiya bu dəfə meydanda Ermənistan iqtidarını tək buraxaraq kimin nəyə qadir olduğunu sübut elətdirdi!

Azərbaycan 30 ildir danışıqların nəticə vermədiyini və bu işin ancaq müharibə ilə olacağını deyərək öz əzəli torpaqlarını geri almaq siyasətinə başladı!

Meydanda məğlub olan Ermənistanın müttəfiq axtarışı da nəticəsiz qaldı!

Minsk qrupunun həmsədr 3-lüyünün atəşkəs bəyanatları primitiv xarakter daşıyır.Fransadan başqa digər 2 sədr(Rusiya &Amerika) müharibəyə maneə törətmək niyyətində deyillər!
Fransa isə Türk amilinə görə narazılıq edir.Suriyada, Aralıq Dənizində Türkiyəyə məğlub olduğu üçün qisas almaq istəyir!

Əsas amil Türkiyənin bu dəfə işə qarışması idi.NATO ölkəsi olan Türkiyə Azərbaycan öz torpaqlarında haqlı olaraq müharibə edir və bizlər də haqlının tərəfindəyik.Türk qoluna məxsus dövlətin içərisində Təkcə Türkiyə Azərbaycana dəstək verir. Qazağıstan, Qırğızistan, Özbəkistan kimi Tütk kökünə mənsub olanlar isə Sovet şüurundan tam ayrılmayıb.Hələ də asılılıq bu dövlətlərdə özünü büruzə verir!

Ermənistana yardım edən digər bir dövlət isə İran oldu.Azərbaycanın torpaqlarının bir xeyli hissəsi isə İran işğalındadır.İran anlayır ki , Qarabağdan sonra ikinci məsəkə Cənubi Azərbaycan ola bilər.
Ancaq media qarşısında Ermənistana yardım ittihamını təkzib edir.Belə də olmalıdır axı, əgər Ermənistan məğlub olarsa Azərbaycanın İrandan hesabat istəyə biləcəyini İran anlayır!

Bəs Paşinyan nə üçün Azərbaycanın mülkü əhalisini atəşə tutur?

Paşinyan məğlub olduğunu və hakimiyyətinin sonunun gəldiyini anlayır!
Mülkü əhalini atəşə tutmaqla Azərbaycanın da İrəvana və digər münaqişə ocağı olmayan ərazilərə atəş açmasına səbəb olaraq KTMT-nin, həmçinin Rusiyanın da diqqətini cəlb etmək istədi.Ermənistanın Münaqişə ocağı olmayan ərazilərinin təhlükəsizliyi barədə öhdəliyi var bu sadaladıqlarımın.

Ancaq nədənsə Ermənistan Azərbaycanın günahsız mülkü əhalisini gülləbaran edəndə “sülhsevənlər” səssiz qalırlar!

Rusiya Paşinyana dərs verdi! Paşinyanı hakimiyyətdən devirməklə öz adamını yönətimə gətirmək niyyəti siyasi plana daxildir!
Paşinyan görür ki, xalq hər an onu devə bilər! Bunun üçün media qarşısında Azərbaycanla razışala biləcəyini bildirir!
Azərbaycan bir şərtlə atəşkəsə razı olduğunu bildirir!

O da tüm işğalda olan torpaqları tərk etmək şərtidir!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button