QarabağSiyasət

“Bundan sonra otuz il gözləyə bilmərik”-HAFİZ HACIYEV

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər cəbhədə baş verən hadisələrə eləcə də , erməni tərəfinin beynəlxalq arenada özünü sülhə səsləyən bəyanatlarla çıxış etməsi barədə Analoq.az-a açıqlama verib.Həmin açıqlamanı təqdim edirik:

Cənab prezident artıq öz sözünü dedi. Prezident dediyi kimi biz topraqlarımızı işğaldan azad etməkdən ötrü başqa dövlətlərin rəsmiləriylə danışıq aparmır, öz torpaqlarımızı işğaldan azad etmək üçün vuruşuruq. Ermənilərə dedik ki, işğalda olan torpaqlarımızdan çəkilin, torpaqlarımızı boşaldın.

İndi biz heç kəsin sozüylə torpaqlarımızı bu vəziyyətdə qoya bilmərik. Kim desə geri çəkilin,dayandırın biz bunlara qəti gedə bilmərik. Bu otuz ildə vasitəcilik edən dövlətlər, ATƏT-in Minsk qrupu tamam bizim əksimizə işlədi.Mən bunu illər öncə də demişəm ki, bunlar gəlib yeyib-içib ciblərini doldurub gedirlər indi də sübut olundu.

İşğalçı dövlətin qoşunları Dağlıq Qarabağ torpaqlarından çıxsa biz o halda müharibəni dayandıra bilərik; yoxsa kimliyindən aslı olmayaraq , Makronu olmasın Putini olmasın kim olur olsun. Biz öz torpaqlarımızdayıq. Hec kimin torpaqlarında gözümüz yoxdu. Öz topraqlarımızı teroristlərdən azad etmək üçün müharibə aparirıq.

Ona gorə də danışıqlar bu yöndə aparılmalıdır.Əgər Moskvada bu gün razılaşsalar, gəlsinlər qrafika əsasında , məsələn həftəyə bir rayon boşaldılsın , həftə-həftə çıxsınlar. Bizim güclü ordumuz , güçlü Ali Baş Komandanmız var.

Bu itləri ancaq bu cür burdan qovmaq olar.Bizə müharibəni dayandır kim deyirsə bizə onların heç birinin əhəmiyyəti yoxdur.

Otuz il bəs elədi, bundan sonra otuz il gözləyə bilmərik. Bizim o qədər vaxtımız yoxdur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button