CəmiyyətSiyasət

Soçi görüşünü Azərbaycan üçün uğurlu hesab etmək olar

Prezident İlham Əliyev 31 oktyabrda Soçidə işgüzar səfərdə oldu. Eyni zamanda Ermənistanın da baş naziri Nikol Paşinyan Soçiyə səfərə gəldi. Təbii ki, səfərlərin diqqətçəkən başlıca məqamı keçirilən üçtərəfli görüş idi. Üçtərəfli görüşünün yekunları ilə bağlı liderlər Soçi bəyanatını qəbul etdilər.

Birgə bəyanatda tərəflər bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıqlarını bildirdi. Bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar.

Həmçinin Soçi bəyanatında Qarabağ və “statusa” dair heç bir ifadə yer almadı. Bildiyimiz kimi Ermənistan görüşdən öncə bu məsələni gündəmə gətirməyə çalışacağını açıqca bəyan etmişdi. Bəyanatda Qarabağ və “status”a dair heç bir ifadənin yer almaması Xankəndidəki son mitinqdən sonra separatçıların ümidlərini də qırmış oldu.

Fikrimcə, Soçi görüşünü ümumilikdə Azərbaycan üçün uğurlu hesab etmək olar. Çünki bu görüşdə də Azərbaycan bir daha təsdiq etdi ki, rəsmi Bakı bütün platformalarda öz haqlı mövqeyini təqdim edir. Eyni zamanda prosesdəki mövqeyini qoruyub saxlayır.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisie, MMP-nin Siyasi Şurasının və İdarə Heyətinin üzvü

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button