Cəmiyyət

“Sanki Ali Baş Komandan bunlardır,əsgərlərin də yerinə bunlar döyüşür”-TANINMIŞ ŞAİR OD PÜSKÜRDÜ

“Sanki Ali Baş Komandan bunlardır.Əsgərlərin yerinə bunlar döyüşür” bu fikirləri tanınmış şair,professor Vüqar Əhməd bildirib.

O,Analoq.az-a açıqlamasında qeyd edib ki,fikir verin bəzi məmur və məmurcuqlar, ictimaiyyət nümayəndələri ekrana cıxanda necə yekə danışırlar. Sanki Ali Baş Komandan bunlardır.Əsgərlərin yerinə bunlar döyüşür. Eləsi də var hər gün eyni sözləri deyir.

Gözümüzü mazol ( qabar) eləyib.Qeyri- səmimilər də ət tökür.İndi birdən desələr barışmaq lazımdır.

Bu yaltaq və dəyişkənlər deyəcək ki, biz ermənilərlə qardaşıq.Paşinyanla düşmənik.Rövnəq demişkən: ermənilərlə qardaş, bacıyıq.Səbr edək.Bəziləri səbr etmir.Səbr edək.Onsuz da şandığalar atəşkəsi pozur.Türkiyəmizə və Ali Baş Komandamıza inanırıq.Qələbəyə az qallb inşallah.Hamı öz fikrində qalsın.Fikrinizi dəyişməyin.

Prezidentimizdən canlı çıxış gözləyirik.Dünənki alovlu nitqi kimi.Aydınlıq gətirsin.Ceyhun Bayramova hörmətimiz böyükdür.Fəqət bayaq brifinqdə mücərrəd çıxış elədi.Eləbil xalqdan nəyisə gizlədir.

Hörmətli, sevimli Baş Sərkərdəmiz- nigarançılıqdan bağrımız çatladı.Ekrana çıxın.Xahis edirik.Qarabağ Azərbaycandır! ŞƏHİDLIRİMİZƏ RƏHMƏT, ermənilərə lənət!!!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button