Şikayət

30 illik duruma bu dəfə qəti son qoyulur(?)

30 illik Azərbaycan – Ermənistan arasında baş verən tarixi müharibədə Sentyabr – Oktyabr döyüşləri ən fərqli mövcudiyyət oldu! 

Bu barədə Siyasi Şərhçi Elman Vəliyev  bildirib!
Rusiya prezidenti Vladimir Putin ilk dəfə “Biz dövlətlərin daxili işlərinə qarışmırıq” dedi…

Azərbaycan prezidenti İlham Əliyev son dərəcə qəti mövqe göstərərək: “Danışıqlar nəticəsiz qalır, Azərbaycan işğal altında olan torpaqlarını geri alacaq!” bildirdi.

Türkiyə ilk dəfə Qarabağ münaqişəsində aşkar mövqeyini ortaya qoyaraq, işə qarışdığını bildirdi.

Rusiya gedişata Türkiyənin qarışdığını biləndən sonra, Putin mövqeyini dəyişərək, Ermənistana dəstək olmadığını bildirdi! Azərbaycan ərazisindən gedən “boru-xətt” sistemləri münaqişədə katolizator roluna malik oldu!

Ermənistanın bu sistemə zərər verə biləcək Tovuz təxribatları işin rəngini lap dəyişdi!

Rusiya ona qarşı ola biləcək iqtisadi sanksiyaları nəzərı alıb. Qərb dünyası Rusiyanı şərqdə iflasa uğratmaq üçün kiçik bir boşluq axtarır. Kreml bunun fərqindədir. Rusiya Çinlə münasibətləri yaxşı saxlayır, lakin Çin Uzaq Şərqdə yerləşir. Balkanlarda, Orta Şərqdə, Qafqazda isə Rusiyaya ən yaxşı müttəfiq Türkiyədir! Kreml bunu yaxşı anlayır!
Qərb Türkiyə ilə Rusiyanı qarşı – qarşıya gətirmək istəyir! Suriyada, Livyada alınmadı. İndi isə Qarabağda siyasi oyun qurulub!

Qarabağ münaqişəsini həll etmək 2×2 kimidir. Lakin kiçik fiqurları döyüşdürməklə maraqlar təmin olunur.

Azərbaycan tərəfinin bu dəfə qəti mövqe göstərməsinə səbəb də Türkiyənin mövzuya qarışması oldu!

Lakin Ermənistanın məğlub olduğunu görən Putin fikrindən dönərək tərəfləri 10 Oktyabr Moskvaya dəvət etdi. Kreml “humanitar atəşkəs” imzalatdı. Lakin bilirdi ki, buna əməl olunmayacaq, onun üçün atəşkəsdən sonra Ermənistana silah yardımı elədi! Rusiya XİN Lavrov Qarabağa “sülhməramlıların” yerləşdirilməsi ilə münaqişəyə son qoyula bilər dedi. Rusiyanın başlıca planı məhz “sülhməramlıları” yerləşdirməklə vəziyyəti öz əlinə almaq idi. Lakin Azərbaycan Qarabağda bəzi mühüm mövqeləri ələ keçirərək “şablon formata” dəyişiklik etdi.

Həmçinin, Rusiya həm Ermənistana, həm də Azərbaycana nəzarət edəcəkdir. Əsas hissə isə “boruları” öz nəzarəti altına almaqla iqtisadiyyatına dayaq verəcəkdi.

Bu borulardan Türkiyəyə, Gürcüstana, İngiltərəyə, Fransaya da pay düşür.

Rusiya bunu bildiyi üçün məhz Moskva konfransına nə ATƏT- in Minsk qrupunun üzvündən, nə də digər 2 Həmsədrindən çağırmışdı.
Danışıqlar ATƏT-in Həmsədrləri arasında yox Minsk Qrupu üzvləri çərçivəsində keçirlə bilər!
Türkiyə Həmsədr deyil, Ancaq Qrupun üzvüdür.
Məhz Rusiya buna görə Həmsədrlər arasında danışıqlar edir (həqiqət budur ki, həmsədrlərin yalnız özüdür masada).

“Moskva anlaşması” Ermənistan tərəfindən pozuldu. Lakin bu bilməzlikdən olmadı. Atəşəkəs üçün Rusiyaya yalvaran Ermənistanın Müqavilədən sonra təxribat törətməsi göstəriş əsasında oldu!

Rusiya anlayır ki, müharibə davam etsə Qarabağa hərbi müdaxilə edə bilməyəcək!
Bu böyük müharibəyə səbəb ola bilər!
Halhazırkı iqtisadi vəziyyətdə Rusiyaya bu sərf etmir!

Azərbaycan tərəfini anlaşma imzalamağa fikrimcə bəzi “önəmli təhdidlər” məcbur etdi. Ancaq buna baxmayaraq atəşkəs düşmən tərəfindən pozuldu.

Azərbaycan tərəfi də plansız iş görmür.
Üzdən bəzi məqamlar qaranlıq görünə bilər, amma həqiqətlər başqadır!

Atəşkəsin pozulması bizim üçün olduqca müsbət hadisədir. Artıq Ermənistana verilən bu şans da puça çıxdı. Azərbaycan öz torpaqlarını azad edə bilər(biləcək)!       

Lakin vəziyyətin bu formada davam etməsinə maneə törətmək istəyəcəklər! Kreml yenə tərəfləri Masa arxasına çağıramaq niyyətindədir!

Əgər növbəti Moskva Masası keçirilərsə və Prezidentlər əyləşərsə və Türkiyənin mövqeyi nəzərə alınmazsa, “Pərdə Bağlana bilər” !!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button