Dünya

“Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var”-TƏBİB

“Müxtəlif ölkələrdə koronavirusa təkrar yoluxma halları var”.APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.

A. Qurbanov deyib ki, birinci mərhələdə yüngül keçirənlərin ikinci mərhələdə daha ağır, ağır keçirənlərin daha yüngül keçirməsi barədə məlumatlar daxil olur: “Ona görə də xəstəliyi necə keçirməsindən asılı olmayaraq, insanlar maska, sosial məsafə və gigiyenik təmizliyə diqqət yetirməlidir. Qorunma tədbiri həm xəsəliyi keçirənlərə, həm də keçirməyənlərə aiddir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button