Cəmiyyət

Bakı şəhərində “Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə yardımların təşkili” adlı humanitar layihə həyata keçirilib.

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Koronavirus pandemiyası dövründə aztəminatlı ailələrə yardımların təşkili”  layihəsinin icrası başa çatdırılıb. Layihə çərçivəsində pandemiyadan əziyyət çəkmiş 75 aztəminatlı ailəyə 45, 15 aztəminatlı ailəyə isə 55 manatlıq ərzaq almaq məqsədilə bonus kart verilməsi nəzərdə tutulmuşdur. Humanitar yardım hər zamanki metodlardan fərqli olaraq ehtiyacı olan ailələrə poçt vasitəsi ilə çatdırılmışdır. Yardım alan ailələr bu şəkildə edilən yardımdan xüsusi ilə razılıq etmişlər, belə ki bonus kart ilə onlar ailədə lazım olan ehtiyaclarını daha rahat qarşılaya bildiklərini söyləmişlər. 
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button