Dünya

Bayden Dağlıq Qarabağdan danışdı, nala-mıxa vurdu

ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd, keçmiş vitse-prezident Co Bayden Dağlıq Qarabağdakı əməliyyatlarla bağlı bəyanat verib. O, oktyabrın 10-da əldə olunmuş atəşkəs razılaşmamasının iflasından, döyüşlərin bərpasından narahatlığını bildirib.

Prezidentliyə namizəd Donald Tramp administrasiyasının bu eskalasiya müddətində əsasən passiv qaldığını, münaqişəyə müdaxilə etmədiyini düşünür.

“Tramp administrasiyası Azərbaycana deməlidir ki, münaqişənin hərbi yolla həll etmək cəhdlərinə dözümlü yanaşmayacaq. Eyni zamanda Ermənistana aydın şəkildə bildirməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar həmişəlik işğal altında qala bilməz və münaqişənin birdəfəlik həlli üzrə etibarlı danışıqlar atəşkəs əldə olunan kimi başlamalıdır. Nəhayət, Ankaranın nazını çəkməyi dayandırmalı, həm Türkiyə, həm də İrana münaqişədən kənar durmağı söyləməlidir”, – bəyanatda deyilir və diplomatik həllin asan olmayacağı vurğulanır.qaynarinfo.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button