Qarabağ

“Qarabağda vəziyyət ağır olaraq qalır”-PAŞİNYAN

Sentyabrın 27-dən Dağlıq Qarabağda aparılan döyüşlərdə Azərbaycan ordusuna uduzan Ermənistan rəhbərliyi məğlubiyyətini dolayı yolla da olsa, etiraf edib.“Qafqazinfo”nun məlumatına görə, Ermənistan Baş naziri Nikol Paşinyan bu gün feysbuk hesabında yayımladığı videomüraciətdə ordusunun çətin anlar yaşadığını və itkilər verdiyini dilə gətirib.

O, Azərbaycan ordusunun uğurlarını erməni ordusuna məxsus arxa cəbhədə çaxnaşma yaratdığını qeyd edib.

“Azərbaycan Silahlı Qüvvələri döyüşlərin son günlərində taktikalarını dəyişiblər. Bunu ümidsizlik yaymaq üçün deyil, xalqla həqiqət dilində danışmalı olduğum üçün deyirəm”- deyə o qeyd edib.

Paşinyan bildirib ki, Qarabağda vəziyyət ağır olaraq qalır.

Analoq az

Daha çox
Back to top button
Close