Siyasət

Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub . Kremlin mətbuat xidmətindən APA nın Moskva müxbirinə verilən mıəlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı  müzakirə olunub. Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb. 

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər .

Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb. qaynarinfo

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button