Araşdırma

WarGonzo haqqında qısa amma maraqlı məlumat

War müharibə, Gonzo isə “Gicbəsər jurnalistika” deməkdir. Mənası isə jurnalistin tərəf tutaraq, fikirlərini və mövqeyini bir-başa öz jurnalist fəaliyyətində, qeyri-obyektiv göstərməsinə deyilir. Bir sözlə beynəlxalq jurnalistika etikasının tam ziddinə.

WarGonzo layihəsinin yaradıcısı Semyon Peqovdur. O həm də “RT – Russia Today” Agentliyinin əməkdaşıdır. Kremlin bir nömrəli propoqandist agentliyidir və dünyaca məşhurdur. 10 xəbər yayırlar, onun içində 3-4 dezo, sırıyırlar cəmiyyətə.

Semyon Peqov Moskva doğumlu olsa da, Qondarma Donets və Luhansk Xalq Respublikalarındakı separat qüvvələrə məxsus, özlərini “patriot hərbçilər” kimi adlandıran “E.N.O.T Corp” Private Military Organization (Şəxsi Hərbi Təşkilat) üzvüdür. Məhz Ukraynadakı savaşlar zamanı məşhurlaşıb, daha sonra Suriya və Liviyada peyda olub, rusiyameyilli qüvvələrin xeyrinə və propaqandasına xidmət edib. İndi də Qarabağda, eyni Rusiyanın mövqeyinə uyğun, Ermənistan üçün propaqanda ilə məşğuldur. Layihənin investoru isə Dağıstan ermənisi Aram Qabrelyanovdur.

Odur ki, onun videolarına, yaydığı məlumatlara inanmaq qərəzli olmaqdır, tərəf tutmaqdır. Özü bunu gizlətmir, siz də çalışın hər paylaşılanı tətqiq etmədən, araşdırmadan mütləq həqiqət kimi qəbul etməyin.Mənbə Həbib Müntəzir

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button